“Yuventus”da yeni müqavilə

İtaliya çempionu “Yuventus” müdafiəçisi Leonardo Bonuççi ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Komanda.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayınadək artırılıb.

Bonuççi 2010-cu ildən “Yuventus”da çıxış edir. O, bu komandanın heyətində indiyə qədər 376 oyuna çıxıb.

“Ağ-qaralar”ın heyətində son 7 mövsümdə ən azı bir qol vurmağı bacaran Bonuççi bu mövsüm 1440 dəqiqə meydanda olub. O, müdafiəçi olmasına baxmayaraq, indiyə qədər 17 qola imza atıb.