“Yuventus” yeni hücumçu aldı

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi İsveçrənin “Luqano” klubunun hücumçusu Kristofer Lunqoyini transfer edib.

20 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Yuventus” Lunqoyinin transferinə görə “Luqano”ya 200 min avro ödəyib.