“Yuventus” Ronaldo ilə anlaşdı

İtaliyanın “Yuventus” klubu hücumçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” portuqaliyalı futbolçuya 2023-cü ilədək nəzərdə tutulan müqavilə təklif edib. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir. Özünü komandada rahat hiss edən Ronaldo Turin klubunda qalmaq istəyir.

2018-ci ilin yayında “Yuventus”a keçən Ronaldonun müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button