“Yuventus” PSJ-nin müdafiəçisini “qaralayıb”

PSJ-nin cinah müdafiəçisi Xuan Bernat karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” 29 yaşlı ispaniyalının xidmətində maraqlıdır.

Xəbərdə bildirilir ki, Bernat PSJ-dən ayrılmaq perspektivinə müsbət yanaşır, çünki o, parislilərin start heyətində yerini itirib.

“Yuventus” Bernatdan başqa, “Tottenhem”dən Serxio Reqilon və “Benfika”dan Alexandro Qrimaldonu da nəzərdən keçirir.

Bernatın PSJ ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button