
“Yuventus” braziliyalıdan narazıdır – Satıla bilər
“Yuventus”un mərkəz müdafiəçisi Qleyson Bremer bu yay satışa çıxarılacaq namizədlərdən biridir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun baş məşqçi Luçano Spallettinin topla bağlı bəzi tələblərini yerinə yetirmədiyi və fiziki hazırlığının da şübhə altında olduğu düşünülür. Müdafiəçinin tezliklə komandadan ayrılma ehtimalı təxminən 50 faizdir. Yaxşı təklif alınarsa, Turin klubu onun satışına razılıq verəcək.
Bremerin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



