
Spalettiyə yeni müqavilə təklif olunacaq
“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spalettinin gördüyü işdən məmnundur və onunla əməkdaşlığı davam etdirməyə hazırlaşır.
66 yaşlı mütəxəssis 2025-ci ilin oktyabrının sonunda Turin komandasının “sükanı arxasına” keçib və mövsümün sonuna qədər müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”un rəhbər şəxsləri komandanın son aylardakı inkişafından təsirləniblər və Spaletti ilə yeni müqavilə danışıqlarına başlamağı planlaşdırırlar.
Yaxın həftələrdə italiyalı çalışdırıcıya müddəti 2028-ci ilin ortalarına qədər olan yeni sözləşmə təklif olunacaq.
“Yuventus” hazırda A Seriyasında 19 turdan sonra 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



