“Yuventus” mərakeşli futbolçunun nümandələri ilə əlaqə saxlayıb

“Real”ın yarımmüdafiəçisi Brahim Dias yay transfer dövründə İtaliyaya dönə bilər.

Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, “Yuventus” mərakeşli futbolçunun transferində maraqlıdır və artıq oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb. Bildirilir ki, futbolçunun ətrafı Turin klubunun təklifini nəzərdən keçirməyə müsbət yanaşır.

Dias “Real”a 2019-cu ildə “Mançester Siti”dən 17 milyon avroya transfer olunub. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

26 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib. O, 2020-2023-cü illərdə “Milan”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button