
“Yuventus” Mərakeş millisinin futbolçusu üçün danışıq aparır
“Yuventus” “Real”ın vingeri Brahim Diasın transferi üçün hərəkətə keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi Mərakeş millisinin futbolçusunu heyətinə qatmaqda maraqlıdır. Bildirilir ki, tərəflər mümkün transferlə bağlı danışıqlar aparırlar.
Brahim Diasın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
26 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



