
Kyeza keçmiş klubuna qayıda bilər
“Yuventus” “Liverpul”un vingeri Federiko Kyezanı yenidən heyətinə qatmaqda maraqlıdır.
Təxminən il yarım əvvəl italiyalı futbolçu Turin təmsilçisindən İngiltərəyə transfer olunsa da, Arne Slotun rəhbərliyi altında əsas heyətdə möhkəmlənə bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya A Seriyasından bir neçə klub təklif göndərib. Avropa çempionu olan Kyezanı “Napoli” və “Roma” heyətində görmək istəsə də, oyunçu bu variantlardan imtina edib.
“Yuventus” məsələsində isə vəziyyət fərqlidir. Turin klubunun rəhbərliyi futbolçunun agentləri ilə əlaqə saxlayıb və o da mümkün transferə müsbət yanaşır.
“Yuventus” Kyezanı icarə əsasında heyətinə qatmaq niyyətindədir. Ancaq “Liverpul” bu varianta isti baxmır və onun yalnız tam transfer yolu ilə satılmasını üstün tutur.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



