
“Növbəti mövsümdə Çempionlar Liqası olmadan qalmaq istəmirik”
“Yuventus”un baş məşqçisi Luçano Spalletti UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizədən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mənim fikrimcə, “Yuventus” kimi komandalar olmadan Çempionlar Liqası o qədər də həyəcanlı olmur. Transferlər üçün lazım olan pul deyil, turnirdə iştirak etmək vacibdir. Növbəti mövsümdə Çempionlar Liqası olmadan qalmaq istəmirik”.
“Qoca sinyora” son turda “Atalanta” üzərində 1:0 hesablı qələbə qazanaraq, A Seriyasının turnir cədvəlində 4-cü yerə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



