“Yuventus” futbolçusu Paulo Dibalanın müqaviləsinin müddətini artıracaq.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Turin təmsilçisinin argentinalı hücumçu ilə razılığa gəldiyi bildirilib.
“Yuventus” Dibala ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq. 28 yaşlı futbolçu yeni sözləşmə ilə illik 8,5 milyon avro qazanacaq.
Dibala 2015-ci ildən “Yuventus”da çıxış edəcək.