“Yuventus” baş məşqçisi ilə yeni müqavilə bağlayacaq

“Yuventus” baş məşqçisi Luçano Spallettinin müqaviləsinin müddətini uzadacaq. Tərəflər müddəti 2027-ci ilə qədər olan yeni sözləşmə imzalayacaq və anlaşmada onun daha bir il müddətinə uzadılma seçimi olacaq.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, müqavilənin bu il aprelin 5-də qeyd olunacaq Pasxa bayramından əvvəl imzalanması gözlənilir.

Spalletti 2025-ci ilin oktyabrından bəri Turin komandasına rəhbərlik edir. Onun komandası A Seriyasında 29 oyundan sonra 53 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button