Yusuf Fransa klubunun tarixinə düşdü

“Lill”in futbolçusu Yusuf Yazıçı Fransa klubunda rekorda imza atıb.

Komanda.az xəbər verir ki, türkiyəli hücumçu Avropa Liqasının qrup mərhələsində “Olimpiya” (Sloveniya) ilə matçda qol vuraraq bu uğuru əldə edib.

2:0 hesabı ilə qalib gəldikləri matçın 75-ci dəqiqəsində Yusuf komandasının 2-ci qolunu vurub. Türkiyə millisinin üzvü “Lill”in heyətində avrokuboklarda ən çox qol vuran oyunçu olub. Onun aktivində 10 qol var.

2019-cu ildən “Lill”də çıxış edən 25 yaşlı futbolçu bu müddətdə həm də ÇSKA (Moskva) və “Trabzonspor”da icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button