Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər
Yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandaları 20-22 Avqust tarixlərində Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcək.
Komanda.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb.
Qitə çempionatına kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyev yollanır.
Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün Mədətov, beynəlxalq kateqoriya almaq üçünsə Vüsal israfilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verəcəklər.
Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.
Bizi Facebook-da izləyin