Yenilik! – Məşqçilər hər oyunda 2 dəfə VAR-dan kömək istəyə biləcəklər

FİFA prezidenti Canni İnfantino bildirib ki, təşkilat məşqçilərə VAR-ın nəzərdən keçirilməsini tələb etməyə icazə verməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, İnfantino bu barədə Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində açıqlama verib. Onun sözlərinə görə, baş məşqçilər hər oyunda iki dəfə VAR-dan kömək istəyə biləcəklər:

“Daha çoxyönlü VAR texnologiyası yaradılıb, daha az kamera var və matçlarda çoxlu sayda hakimə ehtiyac yoxdur. Beləliklə, sistem hər kəs üçün daha da əlçatan olacaq.

Məşqçilər iki dəfə VAR-dan kömək istəyə biləcəklər. Futbolçular bu barədə məşqçidən soruşa bilərlər. Hakimin ilkin qərarı dəyişdirilərsə, məşqçilər sorğu vermək imkanını itirməyəcək və iki dəfə videobaxış tələb edə biləcəklər”.

Xatırladaq ki, İngiltərənin Premyer Liqa klublarının gələn mövsümdən etibarən VAR-ın ləğvinə səs verəcəyi deyilir. Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib: ölkə klubları VAR-ın tətbiqindən imtina ediblər. UEFA-nın reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız keçirməyə özləri qərar verirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button