“Messi “İnter”ə keçsə, bütün İtaliya futbolu bundan faydalanacaq”

Yeni mövsümdən İtaliya A Seriyasında mübarizə aparacaq “Spetsiya” klubunun prezidenti Qabriele Volpi Lionel Messinin “İnter”ə keçəcəyiylə bağlı yayılan iddialara münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Volpi, argentinalı futbolçunun “İnter”ə keçməsini istədiyini deyib:

“Messi “İnter”ə keçsə, xoşbəxt olaram. Çünki mən də bir az bu klubun azarkeşiyəm. Ümumiyyətlə, Messi “İnter”ə keçsə, bütün İtaliya futbolu bundan faydalanacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button