“Milan”dan gedəcək 3 futbolçunun adı bilindi

Yeni mövsümdə çempionluq yarışında olmaq istəyən “Milan”ın yay planları bəlli olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi bir neçə futbolçusunu satmağı düşünür. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, “Milan”ın Frank Kessye və Hakan Çalhanoğlunu artıq satışa çıxardığı bildirilir. Kessye üçün 25 milyon, Hakan üçün isə 15-20 milyon avro tələb olunur.

Mövsümün əvvəlində “Çelsi”dən icarəyə götürülən Timo Bakayoko da baş məşqçi Cennaro Qattuzo ilə mübahisə etdiyi üçün geri göndəriləcək.

Yaxşı təklif gələcəyi halda, Canluici Donnarumma, Suso və Alessio Romanyolinin də klubu tərk edəcəyi bildirilir.

“Milan” İtaliya A Seriyasında 35 turdan sonra 59 xalla 6-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button