Yaponlar Braziliya millisi ilə matça ciddi itki ilə çıxacaq

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçiriləcək Braziliya – Yaponiya oyunu öncəsi Asiya təmsilçisi itki ilə üzləşib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Yaponiya millisinin yarımmüdafiəçisi Takefusa Kubo zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

24 yaşlı futbolçu mundialın qrup mərhələsində Niderland millisi ilə heç-heçə (2:2) başa çatan matçda zədələnib. Hazırda fərdi məşq proqramı əsasında hazırlaşan Kubo hələ də topla məşqlərə qayıtmayıb.

Braziliya – Yaponiya oyunu bu gün keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button