
“Pirlo İtaliya millisinə rəhbərlik etmək üçün uyğun namizəd deyil” – Sabiq futbolçu
“Milan”ın sabiq futbolçusu Canni Rivera, Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi postuna namizədliyinin ləğv olunmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 47 yaşlı mütəxəssislə bağlı fikirlərini belə ifadə edib:
“Pirlo doğru seçim deyil. Rusiya ilə əlaqələrinə gəlincə, bu məsələdə çox sərt olmalıyıq. Belə bir əməkdaşlıq İtaliya futbolunun nüfuzuna zərər vura bilər. O, milli komandaya rəhbərlik etmək üçün uyğun namizəd deyil. Ümid edirəm ki, Paolo Maldini (federasiyanın texniki direktoru) onun Moskva mərc şirkəti ilə əlaqələrindən xəbərsiz olub”.
Daha əvvəl Pirlonun “Fonbet”lə əməkdaşlığı səbəbindən İtaliya millisinin baş məşqçisi postuna təyinatının baş tutmadığı bildirilib. Bu qalmaqaldan sonra Paolo Maldininin də vəzifəsindən ayrılmağa yaxın olduğu deyilir.
Bizi Facebook-da izləyin



