
Mourinyo ona güvənmir
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın yarımmüdafiəçisi Eduardo Kamavinqanı gələcək planlarında görmür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 23 yaşlı futbolçu ilə gələcəyi barədə söhbət edib və ona əsas heyətdə möhkəmlənməsinin çətin olacağını bildirib.
Madrid klubu artıq Kamavinqanın satışı üçün uyğun variantlar axtarmağa başlayıb. Ancaq fransalı yarımmüdafiəçi “Real”dan ayrılmaq istəmir.
Kamavinqa ötən mövsüm İspaniya La Liqasında 29 oyunda meydana çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



