Xorvat futbolçunun agentindən “Barselona” iddialarına münasibət

Məşhur futbol agenti Pini Zahavi “Barselona”nın “Hamburq”da çıxış edən müdafiəçi Luka Vuşkoviçə maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agent hazırda bu məsələ barədə danışmaq istəmədiyini vurğulayıb:

“Hazırda bununla bağlı heç nə deyə bilmərəm. Luka indi bütün diqqətini “Hamburq”dakı çıxışına yönəldib”.

Luka Vuşkoviç “Hamburq”da icarə əsasında çıxış edir. Xorvatiyalı futbolçunun müqavilə hüquqları “Tottenhem”ə məxsusdur və anlaşmanın müddəti 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalının məlumatına görə, 18 yaşlı müdafiəçinin bazar dəyəri 40 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Bundesliqada 22 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button