“Xırdalan” və “NTD-İndiqo”dan ilk oyunda qələbə

Bu gün Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində növbəti oyunlar baş tutub.

Komanda.az xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” klubları yeni mövsümə qələbə ilə başlayıblar.

“Xırdalan” “Sərhədçi” İdman Mərkəzində baş tutan görüşdə “Şəki” klubunu üstələyib – 102:78. “Xırdalan”dan Cakori Arçi (29 xal, 7 ribaund), “Şəki”dən isə Pol Dibal (33 xal, 20 ribaund) qarşılaşmanın ən məhsuldar basketbolçuları olublar.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən “NTD-İndiqo” – “Sumqayıt” oyunu isə meydan sahibinin 97:79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “NTD-İndiqo”dan Qriffin Remmi (22 xal, 7 assist), “Sumqayıt”dan Tayrey Rendall (23 xal, 3 assist) olublar.

İlk tura sabah keçiriləcək “Gəncə” – “Sabah” matçı ilə yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button