Xavi Messiylə yazışmalarında nəyi müzakirə edir?

“Barselona”nın baş məşqçisi Xavi Lionel Messini Kataloniya klubuna qayıtmağa inandırıb.

Daha əvvəl deyilirdi ki, PSJ-nin forvardı və Xavi tez-tez yazışmalarında “Barselona”nı müzakirə edirlər.

Komanda.az xəbər verir ki, “Catalunya Radio”sunun məlumatına görə, Xavi Messini “Barsa”nın artıq bir komanda olaraq ailə kimi olduğuna əmin edib. Baş məşqçi Messini inandırmağa çalışıb ki, paltardəyişmə otağındakı ab-hava argentinalının klubdan ayrıldığı vaxtdan fərqlidir.

Messinin özünün də İspaniya klubuna qayıtmaq istədiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button