“Xarakter göstərdik və qələbə qazandıq” – “Sumqayıt”ın məşqçisi

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 31-ci turunda “Araz-Naxçıvan”la matçda qələbə (2:1) qazanıb.

Komanda.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın məşqçisi Velikço Kaplanoviç matçla bağlı fikirlərini bölüşüb:

“Oyunçuları təbrik edirəm, bütün güclərini qoydular. İkinci hissədə “Araz-Naxçıvan” yaxşı oynadı. Səhvdən sonra qol buraxdıq və bir az ruhdan düşdük. Amma xarakter göstərdik və qələbə qazandıq. Bu gün üç gənc oyunçunu meydana buraxdıq.

“Araz-Naxçıvan” kifayət qədər yüksək səviyyəli komandadır. Fərdi olaraq güclüdürlər. Ən böyük problem odur ki, ardıcıl iki-üç ötürmə edə bilmirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button