“Vüqar Həşimov Memorialı-2022”-nin vaxtı dəqiqləşib

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, bu barədə yarışın baş direktoru Anar Allahverdiyev açıqlama verib.

Allahverdiyev bildirib ki, turnir bu il 17-24 dekabrda təşkil olunacaq. Dairəvi sistem üzrə keçiriləcək yarışın iki iştirakçısı artıq məlumdur. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdur.

Allahverdiyev deyib ki, digər şahmatçıların adları və mükafat fondu yaxın vaxtlarda açıqlanacaq:

“Turnir üçün açılış və qapanış mərasimləri nəzərdə tutulub. Maraqlı tədbir planlaşdırılır. İştirakçılar arasında gənclərə daha çox üstünlük veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button