Vüqar Əsgərli: “Qara zolaq”dan çıxıb, Premyer Liqada qalacağıq”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 23-cü turunda səfərdə “Kəpəz” məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:3 hesabı ilə uduzduqları matçla bağlı bunları deyib:

“Bilirdik ki, “Kəpəz” bizə qarşı oyuna ciddi hazırlaşıb. Biz də futbolçulara tapşırıqlar vermişdik. Təəsssüf ki, qalib gələ bilmədik. İstəyirdik ki, qalib gəlib aşağı pillələrdən qurtulaq. Gələcəyə baxacağıq. Əvvəl də başlayanda belə “qara zolağ”a düşmüşdük. Sonradan toparlandıq, xallar yığıb yuxarı pillələrə qalxdıq. Futbolçulara inanıram. “Qara zolaq”dan çıxıb, Premyer Liqada qalacağıq. Çox çətin vəziyyətdəyik.

Aşağı pillələrdəki rəqabət stressdir. Oyuna hazırlaşmaq, köklənmək çox çətin olur. Gələcəkdə daha yaxşı “Şamaxı” görmək istəyərdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button