
“Vitinya heç kimə bənzəməyən unikaldır”
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yarımmüdafiəçisi Vitinyanın çıxışını yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Vitinyanın məşqlərdə çox çalışdığını deyib:
“Vitinya inkişaf edir, komanda da irəliləyir. O, digər oyunçulara bənzəməyən unikal biridir. İndi belə oynadığı üçün sevincliyəm. Vitinya məşqlərdə çox çalışır və xarakterini göstərir”.
Portuqaliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının 5-ci turunda, “Tottenhem”ə qarşı 5:3 hesablı qələbə qazandıqları oyunda het-trik edib. O, bu il keçirilən “qızıl top”un səsverməsində 3-cü yeri tutub. Mükafatı isə onun komanda yoldaşı Osman Dembele qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



