
ÇL: Vinisiusdan Mourinyo açıqlaması
“Real”ın hücumçusu Vinisius Junior komandanın sabiq baş məşqçisi Joze Mourinyo barədə fikirlərini açıqlayıb.
Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə “kral klubu”nu çalışdırıb və hazırda doğma ölkəsində “Benfika”ya rəhbərlik edir. Madrid klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Mourinyonun klub tarixinə fərqli səhifə əlavə etdiyini deyib:
“Real”ın Mourinyo dövründə necə oynadığını gördüm? Əlbəttə. O, klubun tarixinə fərqli bir səhifə əlavə etdi”.
“Benfika” ilə “Real” arasındakı oyunlardan birincisi sabah Lissabonda olacaq. Cavab qarşılaşması fevralın 25-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



