“Bu gün xoşbəxtəm” – Gürcüstan millisinin baş məşqçisi

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa çempionatının pley-off matçında Yunanıstan üzərində qazanılan qələbəni (0:0, pen – 4:2) şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, millinin baş məşqçisi futbolda bir neçə aya hər şeyi dəyişməyin mümkün olmadığını bildirib:

“Əvvəllər bəzi jurnalistlər yazırdılar ki, bəlkə, mən tutduğum vəzifədən getməliyəm. Bəzən izah etməyə çalışdığım budur: nəyəsə nail olmaq istəyirsənsə, bunun üçün vaxt lazımdır. Futbolda bir neçə aya hər şeyi dəyişmək mümkün deyil. Bu, vaxt tələb edir. Həmişə. Bu gün xoşbəxtəm və heç vaxt ayrılmaq barədə düşünməmişəm, matçdan əvvəl məndən soruşsanız belə. Artıq üç ildir ki, özümü yaxşı hiss edirəm. Məni gözəl insanlar əhatə edir və düşünürəm ki, bu, ən vacib şeydir”.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

AÇ-2024-də Gürcüstan millisi Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button