“Biz “Barselona”nın köhnəlmiş idarəetmə modelinə qarşıyıq”

Viktor Font “Barselona”nın prezidentliyinə namizədliyini irəli sürərkən seçkidə iştirak məqsədini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Xuan Laportaya (“Barselona”nın sabiq prezidenti və yenidən bu posta namizəd) qarşı olmadıqlarını deyib:

“Biz Xuan Laportaya qarşı deyilik, klubun köhnəlmiş idarəetmə modelinə qarşıyıq. Keçmiş prezident məhz bu modelin nümayəndəsidir və bu sistem artıq işləmir. Hamımız dəyişiklik istəyirik, cəmiyyət açıq şəkildə bunu tələb edir. Kim bu vəziyyətlə razıdırsa, xoş gəlmisiz”.

Kataloniya klubunun prezident seçkiləri martın 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button