Veynaldum İngiltərəyə qayıda bilər

PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komada.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Aston Villa” niderlandlı futbolçunun xidmətində maraqlıdır.

PSJ-də çox şans qazanmayan 31 yaşlı futbolçunun yay transfer pəncərəsi dövründə komandadan ayrılmaq ehtimalı var.

Veynaldum daha əvvəl İngiltərədə “Liverpul”un formasını geyinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button