Verrattinin keçməyə hazırlaşdığı klub

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti şayiələrə baxmayaraq, “Əl-Əhli”yə keçmək üçün danışıqlar aparmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italyalı yarımmüdafiəçinin danışıqlar apardığı yeganə klub “Əl-Hilal”dır. Futbolçu avqustun əvvəlində Səudiyyə Ərəbistanının bu klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.

Verratti 2012-ci ildə İtaliyanın “Peskara” klubundan PSJ-yə keçib. O, dəfələrlə Fransa çempionatının, superkubokunun və kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button