Van Qaldan DÇ-2022-ni boykot edən azarkeşlərlə bağlı açıqlama

Niderland millisinin baş məşqçisi Lui van Qal yığma komandanın azarkeşlərinin Qətərdə keçiriləcək dünya çempionatını boykot qərarı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, van Qal azarkeşlərin boykot qərarında problem görmədiyini bildirib:

“Düşünürəm ki, Qətərdəki dünya çempionatını boykot edən azarkeşlər buna inandıqları üçün haqlıdırlar. Mən problem görmürəm. Ümid edirəm ki, biz o qədər sehrli oynayırıq ki, turnirin sonunda finala çıxanda televizorda matça baxsınlar və nə qədər yaxşı olduğumuzu görsünlər.

Biz futbol ölkələrində oynamalıyıq. Onların belə böyük turnirlərin keçirilməsində daha çox təcrübəsi var. Amma unutmayın ki, Qətərin tamam başqa mədəniyyəti var. Biz də özümüzə baxıb, evdə hər şeyin həqiqətən belə yaxşı olub-olmadığını görə bilərik. Hələlik Qətərdəki dünya çempionatının təşkili ilə bağlı heç bir sualım yoxdur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button