“Valensiya”da koronavirusa yoluxan var

İspaniyanın “Valensiya” klubunun kollektivi növbəti koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, nəticədə bir nəfərin COVİD-19 testinin pozitiv çıxdığı məlum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həmin şəxsin nə adı, nə də futbolçu, məşqçi və ya klub işçisi olduğu açıqlanır. Qaydalara uyğun olaraq koronavirus aşkarlanan şəxs ev şəraitində karantinə alınıb.