Luis Suares MLS-ə gedir? – Komanda yoldaşı açıqladı

Uruqvay millisinin futbolçusu Nikolas Lodeyro yığmadakı komanda yoldaşı Luis Suaresin gələcəyi haqda açıqlama verib.

Komanda.az xarici məbuata istinadən xəbər verir ki, “Seytl Saunders” klubunda forma geyinən Lodeyro, “Barselona”nın hücumçusu Suaresin MLS-də çıxış etmək istədiyini deyib:

“Suares MLS-ə getmək istəyir. Milli komandanın düşərgəsində olarkən həmişə bu haqda danışır. Bəli, xəyalı “Barselona” üçün oynamaqdır. Ancaq bir gün MLS-ə gedəcək. Məncə, bunun üçün zaman lazımdır. Ümid edirəm ki, mənim oynadığım kluba gələr”.

2014-cü ildən “Barselona”da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.