ÇL: “Ya qalib gəlməliyik, ya da heç-heçə etməliyik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Leyptsiq”lə oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qrupda birinci olmağın vacib olduğunu bildirib:

“Ya qalib gəlməliyik, ya da heç-heçə etməliyik. İlk mərhələ hər iki komanda üçün uğurla başa çatıb, “Leyptsiq”i təbrik edirik. Amma həm prestij, həm də 1/8 final mərhələsinin cavab oyununu evdə keçirmək üçün birinci olmaq vacibdir. Bu, həlledici olmasa da, bizə cüzi üstünlük verir. Stadion həmişə doludur və azarkeşlərimizə enerji vermək üçün əlimizdən gələni etməliyik. Komanda çox yaxşı oynayır və ümid edirəm ki, azarkeşlər gəlib oyundan həzz ala biləcəklər”.

“Mançester Siti” – “Leyptsiq” görüşü bu gün saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button