Naqelsmann Camalı təriflədi

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Bundesliqanın 15-ci turunun “Şalke” ilə görüşünü (2:0) şərh edib.

Komanda.az “Sky Sport Deutschland”-a istinadən xəbər verir ki, baş məşqçi münhenlilərin bütün yarışlarda ardıcıl 10-cu qələbəsi haqda belə deyib:

“Ümid edirəm ki, Miladdan sonra da belə davam edəcəyik. DÇ-2022 zamanı yaranacaq fasilə təhlil və qiymətləndirmə üçün faydalı olacaq.

Camal Musiala çox inkişaf edib. Mövsümün ilk hissəsini əla keçirir. Çox sürətli ayaqları var və istedadlı oyunçudur. Onun bizimlə birgə oynamasından hamımız xoşbəxtik”.

Naqelsmanın komandası 34 xalla Bundesliqanın turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button