UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransanın “Nant” komandasına vurduğu qolu fərqləndirib.

Komanda.az xəbər verir ki, bununla bağlı turnirin sosial şəbəkə hesablarında paylaşım edilib.

Monteneqrolu yarımmüdafiəçinin fərqləndiyi epizodun paylaşıldığı videonun üzərində bu sözlər yazılıb: “Marko Yankoviç tərəfindən güc və dəqiqlik”.

Xatırladaq ki, “Qarabağ” Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib. Yankoviç matçda sonuncu qolun müəllifi olub.