
UEFA-nın sabiq prezidenti: “Mbappeni yalnız televiziyada izləmişəm”
UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, fransalı futbolçunun meydandakı performansını yüksək qiymətləndirib:
“Mbappeni şəxsən görməmişəm, onu yalnız televiziyada izləmişəm. Onu yalnız futbolçu kimi qiymətləndirə bilərəm. Mbappe meydanda inanılmaz işlər görür”.
Mbappe bu mövsüm “Real”ın heyətində 33 oyunda meydana çıxıb və 38 qol vurub. 27 yaşlı forvard hazırda diz zədəsi səbəbindən sıradan çıxıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



