UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib.

UEFA Avropa Liqasında iştirak üçün “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button