“UEFA Çempionlar Liqasını da qazanmaq istəyirik” – “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis 33 ildən sonra əldə olunan çempionluq haqda fikirlərini bildirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, 2023/24 mövsümündə də yola Luçano Spalletti ilə davam edəcəklərini deyib:

“33 illik həsrət sona çatdı. Klubun başına keçəndə avrokuboklara vəsiqə qazanmaq üçün 10 ilin lazım olduğunu deyəndə bildirdiz ki, hələ tezdir.

Elə İtaliya A Seriyasını qazanmaq üçün də eyni müddətə ehtiyac duyduğumuzu bildirmişdim. Yenə də qələbələr qazanmaq lazımdır. Təbii ki, UEFA Çempionlar Liqasını da qazanmaq istəyirik, hətta darıxırıq.

Layihələrimiz, görüləcək işlər heç vaxt dayanmayacaq. 2022/23 mövsümündə qazandığımız uğur mənim üçün hədəf deyil, başlanğıcdır. Gələn mövsüm də yolumuza Spalletti ilə davam edəcəyik”.

Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button