Avropa Liqası: “Qarabağ” beşinci pillədə

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “10-luq”da “Qarabağ” da yer alıb.

Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Köhlən atlar” keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.

Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın “Bayer” (Leverkuzen) klubu birinci, Norveç çempionu “Molde” isə 10-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button