Uduzmaq istəməzdik – Soni Mustivar

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar “Slovan”la yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, haitili futbolçu sınaq matçlarına ciddi yanaşdıqlarını bildirib:

“Məncə, pis oynamadıq. Sadəcə, iki epizodda diqqətsizlik etdik. Təəssüf ki, hər iki vəziyyət qapımıza qolla nəticələndi və buna görə də məğlub olduq. Sınaq matçı olmasına baxmayaraq, uduzmaq istəməzdik. Ümumiyyətlə, yoxlama oyunlarının hamısına ciddi yanaşırıq. Çünki, fikrimcə, məşqlərimiz oyunda öz əksini göstərir. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq. Daha da yaxşı oynamalıyıq ki, komandada özünəinam artsın”.

“Neftçi” yoxlama matçında Çexiyanın “Slovan” klubuna 1:2 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button