“Bayer” “Benfika”nın rekordunu təkrarlayıb

Almaniyanın Bayer (Leverkuzen) klubu “Benfika”nın ən uzun məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Xabi Alonsonun komandası “Benfika”nın 1965-ci ildəki (22 dekabr 1963-cü ildən 7 fevral 1965-ci ilə kimi) rekordunu təkrar edib.

Almaniya çempionatının 32-ci turunda “Bayer” “Ayntraxt”ı darmadağın edib (5:1). Bu matç Leverkuzen klubu üçün cari mövsümdə bütün yarışlarda 48-ci məğlubiyyətsiz oyunu olub.

Hazırda 84 xalı olan “Bayer” Bundesliqada vahid liderdir. “Bayern” 69 xalla 2-ci, “Ştutqart” 67 xalla 3-cü, “Leyptsiq” 63 xalla 4-cü, Dortmund “Borussiya”sı 60 xalla 5-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button