Azərbaycan millisi Avropa kubokunda növbəti “bürünc”ü qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, yığma komanda 3 lent və 2 topla hərəkətlərdə uğurlu çıxış edib.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.

Qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button