Məşhur aktyor İngiltərə klubunun investoru olacaq

Məşhur aktyor və komediya ustası Uill Ferrell böyük futbol azarkeşidir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Hollivud ulduzu yaxın günlərdə İngiltərənin “Lids” klubunun əsas investoruna çevriləcək. 56 yaşlı Ferrellin klubun layihəsinə qoşulacağı xəbərinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

“Lids” Çempionşipin cari mövsümünün sonunda turnir cədvəlində “Lester” və “İpsviç”dən sonra üçüncü yeri tutub. Komanda pley-off mərhələsində Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacaq. “Lids” yarımfinalda “Norviç”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button