DÇ-2026: Tuxeldən ingiltərəli azarkeşlərə şad xəbər

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç yığmasına qarşı keçiriləcək oyun öncəsi komandanın heyəti ilə bağlı son vəziyyəti açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Deklan Rays, Ris Ceyms və Mark Qehinin məşqlərə tam qoşulduğunu bildirib:

“Hər üçü artıq sıraya qayıdıb və məşqdə iştirak edib. Bu, çox yaxşı xəbərdir. Diskvalifikasiya olunmuş futbolçu istisna olmaqla, bütün oyunçular meydana çıxmağa hazırdır”.

Meksika millisi ilə keçirilən əvvəlki oyunda (3:2) müdafiəçi Karrell Kuansa qırmızı vərəqə aldığı üçün Norveçlə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Norveç – İngiltərə oyunu iyulun 12-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 01:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button