Tuxel: “Hər şey mükəmməl olmadı, lakin…”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Lill”i məğlub etdikləri matçdan sonra (2:0) açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan alman məşqçi, qələbəyə layiq olduqlarını deyib:

“Biz yenə qapımızı toxunulmaz saxladıq və buna layiq idik. “Lill” çox güclü komandadır. Onların futbolçularının qarşısını almaq asan deyildi. Düzdür, hər şey mükəmməl olmadı, lakin rəqibə ciddi qol imkanları yaratmağa imkan vermədik.

Nqolo Kantenin oyunundan çox razıyam. Son matçlarda onda özünəinam və intensivlik çox olmasa da, bu gün irəliyə doğru addım atdı. Kante formada olanda oyuna təsirini görmək olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button