“Bir dəfə 50 manat vəd etmişdilər, amma top buraxmadığım üçün 100 manat verdilər” – azərbaycanlı qapıçı

Türkiyənin Antalya şəhərində yaşayan azərbaycanlı qapıçı Emil İsrafilov mini-futbol matçlarında qapıda dayanmaqla pul qazanır.

Komanda.az xəbər verir ki, bu barədə İsrafilov “İhlas” xəbər agentliyinə açıqlama verib. O, açıqlamasında nə üçün qapıçı olduğunu belə izah edib:

“14 ildir futboldayam. Daha əvvəl futbolçu idim, amma xəstəlik səbəbindən futbolu atmalı oldum. Daha sonra qapıçı kimi meydanlara qayıtdım. Həm pula ehtiyacım olduğu, həm də bu işi əla bacardığım üçün mini-futbolda qapıçı olmağa başladım”.

İsrafilov zəif çıxış etdiyi matçlardan sonra pul götürmədiyini söyləyib:

“Səni icarəyə götürmək üçün pul verirlərsə, deməli, məsuliyyət daşıyırsan. Hərdən səhvlərim olur ki, bu da normaldır. Bakıda da oyunlara çağırırdılar. Bir dəfə 50 manat vəd etmişdilər, amma top buraxmadığım üçün 100 manat verdilər. Səbəbini soruşanda mükafat olduğunu dedilər. Bəlkə də, həyatımın ən bahalı mini-futbol matçı idi. Bir oyunda da yenə 50 manat verəcəkdilər, amma həmin oyunda narahat olduğum üçün pis oynamışdım və asan qollar buraxmışdım. Çox utanmışdım həmin oyunda. Nəticədə onlardan pul almamışdım.

Türkiyədə çox tanınmadığım üçün həftədə 2-3 oyunum olur. Amma Bakıda elə gün olur ki, üç oyuna gedirəm. Azərbaycanda həftədə 15-20 oyuna getdiyim olub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button