Türkiyə klubları “Neftçi”nin 2 futbolçusuna təklif göndərdi

Türkiyə klubları “Neftçi”nin iki futbolçusu ilə maraqlanır. 

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev “A Spor”a açıqlamasında bildirib:

“Söhbət təkcə kapitanımız Emin Mahmudovdan getmir. Türkiyənin digər klubları bizim iki futbolçumuzla maraqlanır. Artıq rəsmi təklif də gəlib. Onlar komandanın yaxşı futbolçularındandır, Superliqada oynaya biləcək səviyyədədirlər. İnanmaq istəyirəm ki, “Qalatasaray”la qarşılaşamanı hamı yaxından izləyəcək və futbolçuların potensialına qiymət verəcək”. 

Sentyabrın 17-də 8-ci km stadionunda oynanılacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button